“Belə qollar buraxmaq olmaz” Maksimov

16.10.2026

futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Misli Premyer Liqasının VIII turunun “Sumqayıt” – “Araz-Naxçıvan” oyunundan (2:1) sonra qonaq komandanın baş məşqçisi Yuri Maksimov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

– İlk hissədə yaxşı oynadıq və qol vurduq. Sonradan özünəinamımızı itirdik. Belə qollar buraxmaq olmaz.

– Matçdan sonra klubun rəhbəri paltardəyişmə otağına gəldi. Hansı iradları bildirdi?
– Bu, komanda daxili mövzudur.

– Fasilədə nə baş verdi ki, ikinci hissədə yaxşı oynaya bilmədiniz?
– Futbolçular hesabı qorumağa çalışdılar, amma öz səhvləri ilə rəqibə qol imkanları yaratdılar.

– Bir aya yaxındır, buradasınız. Komandanın potensialı var, yoxsa olanı budur?
– Hər bir halda, mübarizəmizi davam etdirməliyik.

– “Araz-Naxçıvan” hər zaman maksimumu tələb edir. İşinizi tez itirməkdən narahat deyilsiniz?
– İşimizə davam edəcəyik. Nə olacağını bilmirəm, görəcəyik.

Şahin Cəfərov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью