Axsham.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Xalq artisti Brilliant Dadaşova Bakıda taksi sürücüsünün 11-ci sinif şagirdi olan oğlana cinsi zorakılıq etməsi ilə bağlı iddialara münasibət bildirib.
Axşam.az xəbər verir ki, müğənni həmin şəxsin ciddi şəkildə cəzalandırılmasını istəyib:
"Belə şərəfsizlərə ölüm cəzası verin, yaşamasın! Yaşayıb nə edəcək? Xərçəng xəstəliyinin dərmanını icad edəcək? Cəmiyyətdən ömürlük uzaqlaşdırın. Xahiş edirəm".
Qeyd edək ki, iddiaya görə, 256 dövlət nömrə nişanlı “Opel” markalı avtomobilin sürücüsü Çərkəz Hüseynoğlu məktəbliyə qarşı seksual hərəkətlər edib. Bu barədə məktəblinin bacısı sosial mediada video müraciət yayımlayıb.