Belə şeylər barədə karyeramı bitirəndən sonra düşünəcəyəm Rekordçunu taxtdan salan Mbappe

17.06.2026

Fanat portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Futbol üzrə dünya çempionatının 1-ci turunda Seneqal yığmasını 3:1 hesabı ilə məğlub edən Fransa millisinin heyətində dublla yadda qalan və "xoruzlar"ın tarixində ən yaxşı bombardir ünvanını ələ keçirən hücumçu Kilian Mbappe matçın ardından fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, 66 və 90+6 dəqiqələrdə rəqib qapısına yol taparaq 57 qol vurmuş Olivye Jirunun rekordunu yeniləyən ön xətt oyunçusunun sözlərini "Actu Foot" belə çatdırıb:

"Çox razıyam. Amma belə şeylər barədə karyeramı bitirəndən sonra düşünəcəyəm. İndi mən buradayam və nəyi nə üçün etdiyimi bilirəm".

Hazırda Mbappenin hesabında 58 qol var. 

Toğrul

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью