“Belə şeyləri düşünməyə vaxtımız yoxdur” Dambrauskas

31.01.2026

futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Premyer Liqasının XVIII turunun “Zirə” – “Sabah” oyunundan (1:3) sonra qonaq komandanın baş məşqçisi Valdas Dambrauskas jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– Bugünkü qələbəyə görə, oyunçularımı təbrik etmək istəyirəm. Həqiqətən, onların oyuna yanaşması, davranışları möhtəşəm idi. Nə planlaşdırmışdıqsa, hamısını edə bildik. Çox gözəl, möhtəşəm performans sərgilədik. Oyunun taleyini birinci hissədə həll etdik. Daha çox qol da vura bilərdik. Amma onu qeyd edək ki, “Zirə” də möhtəşəm komandadır. 2:0 öndə olduğumuz vaxtda yaxşı qol fürsətləri yaratdılar. İkinci hissə balanslaşmış oyun oldu. Rəqib üzərimizə daha çox gəlməyə başladı, standart vəziyyətdən fərqləndilər. İkinci hissədə son ötürmələrdə çatışmazlıqlar var idi. Qarşıdan çətin həftə gəlir. Sabahdan məşqlərə başlayacağıq. Çətin üç oyunumuz var ki, bunlardan biri də “Qəbələ”yə qarşı olacaq.

– Türkiyədə belə şey var ki, “Qalatasaray” azarkeşləri “Fənərbağça”nın, “Fənərbağça” azarkeşləri də “Qalatasaray”ın avrokuboklarda irəliləməsini istəyir ki, başları çempionata qarışmasın. “Qarabağ”la bağlı da belə arzunuz yoxdu?
– Öz komandamla məşğulam, işimə köklənmişəm. Belə şeyləri düşünməyə vaxtımız yoxdur. “Qarabağ” Avropada yaxşı performans göstərir, onları təbrik edir, uğurlar arzu edirəm. Hər dəfə Avropada Azərbaycan adı dedikdə ağıla “Qarabağ” gəlir. Onlar ölkəni yaxşı təmsil edirlər.

Şahin Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью