“Belə silaha sahib başqa bir ölkə yoxdur”

30.10.2025

Icma.az, Operativ MM saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiya Prezidenti Vladimir Putin “radioaktiv tsunami” yaratmaq qabiliyyətinə malik olduğu bildirilən "Poseidon" nüvə enerjili sualtı torpedosunun uğurla sınaqdan keçirildiyini açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Putin sınağın böyük uğur olduğunu deyərək, silahın həm daşıyıcı sualtı gəmindən buraxma mühərriki ilə, həm də nüvə güc bloku ilə işlədiyini bildirib.

“Belə silaha sahib başqa bir ölkə yoxdur”, - o deyib.

"Poseidon" barədə açıq mənbələrdəki məlumatlar məhdud olsa da, mütəxəssislər bu silahın okeanda radioaktiv dalğalar yaradaraq sahil şəhərlərini yaşanmaz hala gətirə biləcəyini vurğulayır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью