Belə son saniyə qolu nadir hallarda olur VİDEO

04.08.2026

Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

Farer adalarının U-18 oğlanlardan ibarət həndbol millisi Avropa çempionatında Polşa ilə qarşılaşmanın son saniyəsində məğlubiyyətdən xilas olub.

İdman.Biz xəbər verir ki, əsas mərhələdə keçirilən oyunda Polşa yığması sona 15 saniyə qalmış 35:34 hesabı ilə öndə olub. Farer adaları əvvəlcə hesabı bərabərləşdirmək imkanından yararlana bilməyib.

Buna baxmayaraq, ada təmsilçisi topu dərhal geri qaytarıb və final siqnalı səslənən anda fərqlənib. Beləliklə, dramatik qarşılaşma 35:35 hesablı heç-heçə ilə başa çatıb.

İdman.Biz
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью