Belə süni mayalanma haramdır İlahiyyatçı

04.02.2026

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Son zamanlar övladı olmayan şəxslərin süni mayalanma yolu ilə uşaq sahibi olması ilə bağlı dini müzakirələr gündəmə gəlib. Bəzi din adamları bu üsulun ailə quruluşuna və əxlaqi normalara təsir edə biləcəyini vurğulayırlar.
İlahiyyatçı Tural İrfan mövzu ilə bağlı açıqlamasında Demokrat.az bildirib ki, övlad sahibi olmaq dini baxımdan yalnız müəyyən şərtlərlə mümkündür:
“Qadın yalnız öz nigahlı əri vasitəsilə mayalanmalıdır. Övladın olmaması və ya gecikməsi ilahi təqdir hesab olunur; tarixdə peyğəmbərlər arasında da gec övladı olanlar olub. Əgər bütün təbii və tibbi vasitələr tükənibsə, süni mayalanma mümkündür, lakin mayalanmada iştirak edən qadın və kişi bir-birinə halal olmalıdır. Başqa kişidən mayalanma yolu ilə dünyaya gələn uşaq dini baxımdan həmin nigah çərçivəsində doğru sayılmır”.
Onun sözlərinə görə, övladın dünyaya gəlib-gəlməməsi insan iradəsindən daha çox ilahi hikmətlə bağlıdır və bu təbii prosesə zidd müdaxilə düzgün yanaşma deyil:
“Əgər Allah övlad vermirsə və ya proses gecikirsə, burada hikmət var və Allahı tələsdirmək olmaz. Dinə görə insan yalnız nigah əsasında halal olan şəxsdən övlad sahibi ola bilər”.
İlahiyyatçı vurğulayır ki, İslam dini süni mayalanmanı tamamilə inkar etmir, lakin bu məsələyə ciddi şərtlər qoyur. Qadın və kişi arasında halal nigahın olması əsas prinsip sayılır, üçüncü şəxsin prosesə cəlb edilməsi isə dini baxımdan qəbul edilmir.
Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью