Axsham.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Filmə baxana qədər çox böyük həyəcan keçirirdim. Orada mənə əziz olan insanların zəhməti var idi. Onların zəhmətinin hədər getməsindən qorxurdum”.
Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Afaq Bəşirqızı “Telesəhər” proqramında Vətən müharibəsinə həsr olunan “44” filmindən danışarkən deyib. Aktrisa qısa müddətdə belə bir filmin ərsəyə gəlməsinə sevindiyini bildirib:
“Təsəvvür edə bilmirdim. Müharibə haqqında film çəkmək müəyyən vaxt tələb edir: kimlərinsə danışığı, şahidliyi, materiallar yığılmalıdır. Qısa müddətdə belə filmin başa gəlməyinə sevindim.
Ssenari ilə aktyor oyunu vəhdət təşkil edirdi. Düzdür, o aktyorlar geniş tamaşaçı kütləsinə tanış deyil. Amma geniş tamaşaçı kütləsinə tanış olanlardan çox iş gördülər. Hamı elə bil baş rol idi. Hamı hadisəni yaşayıb, demir ki, çəkiliş bitsin”.