Belə turşuları ALMAYIN

27.10.2025

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Hazır yeməklər və ya fərdi satıcılardan alınan məhsullar seçilərkən onların xarici görünüşünə və qoxusuna diqqətlə baxmaq lazımdır.

Redaktor.az xəbər verir ki, bu haqda terapevt Yelena Şurayeva lenta.ru-ya danışıb.

Həkimin sözlərinə görə, sağlamlığı qorumağın ən yaxşı vasitəsi göz, burun və sağlam düşüncədir. O xəbərdarlıq edib ki, turşularda bulanıq duzlu su, pendir və ya çörəkdə kiçik bir kif ləkəsi, ətin və ya balığın solğun, boz rəngi, kolbasada yapışqan təbəqə, həmçinin şişmiş konserv qutuları və ya vakuum qablaşdırmalar təhlükə siqnalıdır və belə məhsullar qətiyyən istehlak edilməməlidir.

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью