“Belə uzun fasiləyə öyrəşməmişik”

04.10.2026

Icma.az, Qol.az portalına istinadən məlumat yayır.

“Belə uzun fasiləyə öyrəşməmişik”

Fransa millisinin müdafiəçisi Jül Kunde beynəlxalq oyunlar üçün fasilənin yeni formatını dəyərləndirib.

QOL.az xəbər verir ki, “Le Parisien”ə danışan futbolçu bu sistemi qiymətləndirmək üçün hələ tez olduğunu bildirib:

"Artıq 14 gündür buradayıq. Əvvəllər belə uzun müddət olmurdu. Qısa vaxt ərzində çoxlu oyun keçirməliyik. Heyətimiz genişdir və buna görə məşqçi oyun vaxtını futbolçular arasında bölməli olur. Hazırda bunun yaxşı olub-olmadığını deyə bilmərəm. Düşünürəm ki, nəticə çıxarmaq üçün hələ tezdir".

Xatırladaq ki, Fransa sentyabrda Millətlər Liqasına Türkiyə və Belçika üzərində 1:0 hesablı qələbələrlə başlayıb. Zinəddin Zidanın komandası oktyabrın 2-də İtaliya ilə 1:1 hesablı heç-heçə edib.

Qeyd edək ki, Fransa növbəti oyununu oktyabrın 5-də doğma meydanda Belçikaya qarşı keçirəcək.

Bizi İnstaqramda izləmək üçün kliklə!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью