Belə valideynləri qınayıram

07.09.2026

Icma.az bildirir, Axsham.az saytına əsaslanaraq.

Xalq artisti Miri Yusif valideynlərə müraciət edib.

Axşam.az xəbər verir ki, sənətçi avtomobildə azyaşlı uşaqların təhlükəsizliyi ilə bağlı fikirlərini bölüşüb. O bildirib ki, valideynlər uşaqlaeı sükan arxasında oturanda qorumurlar:

“Sükan arxasında olarkən azyaşlı uşaqlarını qucağında və ya dizinin üstündə saxlayan valideynləri qəti şəkildə qınayıram. Bir anlıq məsuliyyətsizlik və ehtiyatsızlıq geri dönüşü olmayan faciəyə səbəb ola bilər. Uşaqlarımızın yeri sükan arxasında deyil, onların təhlükəsizliyini təmin edən xüsusi uşaq oturacaqlarındadır. Övladlarımızın həyatı hər şeydən qiymətlidir!”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью