Belə vaxtda məmurlar rahat yatmamalıdırlar | Icma.az
Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq. İran Prezidenti Məsud Pezeşkian təhsil sahəsində müşahidə olunan bərabərsizlik və ədaləts
Milli.Az bildirir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
"Biz günahkarıq və bu ədalətsizliyi bütün mümkün vasitələrlə aradan qaldırmalıyıq", - deyə dövlət başçısı bildirib.
Prezident ölkənin müxtəlif bölgələrindəki məktəblərin təchizatı və keyfiyyətindəki kəskin fərqləri qeyd edib.
"Bəzi uşaqlar mükəmməl təchiz edilmiş məktəblərdə təhsil alarkən, digərlərinə lazımi şərait yaradılmırsa, bu ədalətlidirmi?
Biz, Əli şiələri bununla barışa bilmərik", - deyə Pezeşkian bildirib.
O, həmçinin qeyd edib ki, nüfuzlu universitetlərə əsasən xüsusi məktəblərin məzunları daxil olurlar ki, bu da bərabərsizliyi daha da dərinləşdirir.
İran prezidenti problemin yalnız şüarlar səsləndirməklə həll oluna bilməyəcəyini vurğulayıb.
Tam oxu
Xəbəri oxu