Bələdçi Aydan: Xahiş edirəm, belə etməyin

27.12.2024

Olke.az saytına istinadən Icma.az xəbər verir.

Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayan AZAL-a məxsus təyyarədən sağ çıxan bələdçi Aydan Rəhimlinin müraciəti yayılıb.

"Ölkə.az" xəbər verir ki, bu barədə “Yeni Klinika”nın mətbuat katibi Nuridə Allahyarova sosial şəbəkə hesabında paylaşım edib.

Paylaşımı olduğu kimi təqdim edirik:

“Əziz dostlar, bələdçi Aydan xanımın bir xahişini çatdırım: “Xahiş edirəm, deyin mənim videolarımı musiqi ilə montaj edərək sosial hesablarda yaymasınlar. Mən aktrisa deyiləm, bələdçiyəm, yaralarım isə göründüyündən daha dərindir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью