Bələdiyyə seçkiləri: Beş partiyanın səlahiyyətli nümayəndəsi qeydə alındı

09.12.2024

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanda 2025-ci il yanvarın 29-da keçirilməsi qərara alınan bələdiyyə seçkilərində beş partiyanın səlahiyyətli nümayəndəsi qeydə alınıb.

Moderator.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında müzakirə aparılıb.

MSK katibi Arifə Muxtarovanin təqdimatına əsasən Yeni Azərbaycan Partiyası, Milli İstiqlal Partiyası, Böyük Quruluş Partiyası, Demokratik İslahatlar Partiyası və Ümid Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью