Bələdiyyə seçkiləri ilə bağlı seçici siyahıları dekabrın 25dək məlumat lövhələrində yerləşdiriləcək

27.11.2024

Icma.az, Report.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bələdiyyə seçkiləri ilə bağlı seçici siyahılarının məlumat lövhələrində yerləşdirilməsi 2024-cü il dekabrın 25-dək başa çatdırılacaq.

"Report" xəbər verir ki, bu, "Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı"nında öz əksini tapıb.

Təqvim planına əsasən, seçicilərin qeydiyyatdançıxma vəsiqələrinin hazirlanması və seçki komissiyalarına təqdim edilməsi isə dekabrın 15-dək yekunlaşacaq.

Vəsiqələrin dairə seçki komissiyaları tərəfindən seçicilərə verilməsi prosesi isə 2025-ci il yanvarın 4-dək həyata keçiriləcək.

Bizim WhatsApp kanalımıza abunə olun

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью