Bələdiyyə seçkiləri ilə bağlı səsvermə protokollarının DSKlara verilməsi sabah başa çatır

08.01.2025

Report.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanda yanvarın 29-na təyin edilən bələdiyyə seçkilərində səsvermə protokollarının Mərkəzi Seçki Komissiyasından dairə seçki komissiyalarına (DSK) verilməsi müddəti sabah başa çatır.

"Report" xəbər verir ki, bu barədə məlumat “Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nda öz əksini tapıb.

Seçki Məcəlləsinə əsasən, protokollar səsvermə gününə azı 20 gün qalanadək DSK-lara verilməlidir.

Təqvim planında bu müddət 2025-ci il yanvarın 9-da başa çatır.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью