Bələdiyyə seçkiləri ilə əlaqədar MSKda ekspert qrupu yaradılıb AZƏRTAC

27.11.2024

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 27 noyabr, AZƏRTAC

Vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun yaradılması müzakirə olunaraq təsdiq edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Arifə Muxtarova MSK-nın noyabrın 27-də keçirilən iclasında məlumat verib.

O bildirib ki, Komissiya üzvləri və Katibliyin əməkdaşları da daxil olmaqla MSK nəzdində 9 nəfərdən ibarət ekspert qrupu yaradılıb.

Qeyd edək ki, iclasda qəbul olunmuş qərara əsasən ölkədə bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-da keçiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью