Bələdiyyə seçkiləri ilə əlaqədar MSKnın nəzdində ekspert qrupu yaradılıb

27.11.2024

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

Bələdiyyə seçkiləri ilə əlaqədar vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə Mərkəzi Seçki Komissiyası nəzdində ekspert qrupu yaradılıb.

APA xəbər verir ki, məsələ Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Sənəd səsverməyə çıxarılaraq qəbul edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью