Bələdiyyə seçkiləri: Məntəqələrdəki son durum NECƏDİR? VİDEO

29.01.2025

Yenicag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, bu gün ölkə üzrə bələdiyyə seçkiləri keçirilir.

Yenicag.az komandası olaraq biz də bir neçə seçki dairəsində olaraq prosesi müşahidə etdik.

16 saylı Yasamal II seçki dairəsinin 7 saylı məntəqəsinin sədri Rəna Hüseynova saat 11-ə olan nəticələri bölüşərək, seçki prosesinin qənaətbəxş şəkildə davam etdiyini bildirib.

Eyni dairənin 8 saylı məntəqəsinin sədri Əsmər Eyvazova isə saat 12 üçün vəziyyəti dəyərləndirərək əvvəlki seçkilərlə müqayisədə seçici fəallığının nisbətən aşağı olduğunu, lakin ümumi prosesin normal keçdiyini vurğulayıb.

15 saylı Yasamal seçki dairəsinin 9 saylı məntəqəsinin sədri Aytəkin Rüstəmova da seçki prosesinin aktiv şəkildə davam etdiyini qeyd edib. Eyni dairənin 8 saylı məntəqəsinin sədri Solmaz Hacıyeva isə ümumilikdə prosesin yaxşı keçdiyini söyləyib.

Seçki məntəqələrindən görüntüləri təqdim edirik:

Nəsimi Ələsgərli

Məsimə Məmmədova

Samir Məcidov

www.yenicag.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью