Bələdiyyə seçkiləri üçün daha iki siyasi partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb

18.12.2024

Icma.az, Report.az portalına istinadən məlumatı açıqlayır.

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində daha iki siyasi partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb.

"Report" xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında müzakirə edilib.

MSK katibi Arifə Muxtarovanın təqdimatına əsasən Klassik Xalq Cəbhəsi Partiyasının və Azərbaycan Demokratik Maarifçilik Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə baxılıb.

Hər iki partiya ilə əlaqədar məsələ səsverməyə qoyularaq, qəbul edilib.

Bizim Telegram kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью