Bələdiyyə seçkilərində 16 174 nəfərin namizədliyi qeydə alınıb

06.01.2025

Icma.az, Report.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bələdiyyə seçkilərində 16 min 174 nəfərin namizədliyi qeydə alınıb.

"Report" xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bugünkü iclasında məlumat verib.

Onun sözlərinə görə, namizədlər 23 siyasi partiyanı təmsil edirlər:

"Onlardan 8 min 429 nəfəri siyasi partiyanın nümayəndələridir".

MSK sədri bildirib ki, bu gün təşviqat prosesi başlayıb:

"İndi əsas diqqətimizi təşviqat prosesinə yönəltmişik. Çalışmalıyıq ki, proseslər qanuni çərçivədə davam etsin".

Bizim Telegram kanalımıza abunə olun

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью