Bələdiyyə seçkilərində 5 partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb

09.12.2024

Icma.az, Ayna portalına istinadən məlumat verir.

YAP, AMİP, BQP, DİP və Ümid Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınıb

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində daha 5 partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb.

AYNA xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının dekabrın 9-da keçirilən iclasında bildirilib.

Qeyd olunub ki, Yeni Azərbaycan Partiyasının (YAP), Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP), Böyük Qurtuluş Partiyasının (BQP), Demokratik İslahatlar Partiyasının (DİP) və Azərbaycan Ümid Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью