Bələdiyyə seçkilərində 701 müşahidəçi qeydiyyatdan keçib

18.12.2024

Report.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Siyasi partiyaların seçkilərdə öz namizədləri ilə iştirakını, tərəfdarlarını səsverməyə dəvət etmələrini arzulayırıq.

"Report" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) dekabrın 18-də keçirilən iclasında qurumun sədri Məzahir Pənahov deyib.

O qeyd edib ki, seçkilərdə namizədlərin irəli sürülməsində qadınlara üstünlük verilməsi vacibdir.

MSK sədri bildirib ki, bələdiyyə seçkiləri çərçivəsində indiyə kimi 701 müşahidəçi qeydiyyatdan keçib.

Bizim Telegram kanalımıza abunə olun

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью