Bələdiyyə seçkilərində indiyədək namizədliyi qeydə alınanların sayı açıqlanıb

21.12.2024

Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Yanvarın 29-da keçiriləcək Bələdiyyə seçkilərində iştirak etmək üçün indiyədək müvafiq dairə seçki komissiyalarına 15 min 886 nəfər müraciət edib.

APA xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclası zamanı sədr Məzahir Pənahov açıqlayıb.

O qeyd edib ki, həmin iddiaçılardan 6 min 889 nəfəri imza vərəqələrini götürüb.

Ümumi bələdiyyələr üzrə 755 nəfərin namizədliyi qeydə alınıb, lakin onlardan biri vəfat etdiyi üçün 754 nəfər qalıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью