Icma.az, Teleqraf.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır. "Bələdiyyə seçkilərində insanlar fəal iştirak etdi".
Teleqraf.com xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyası (MSK) sədrinin müavini Rövzət Qasımov deyib.
O bildirib ki, seçkilər Azərbaycan qanunvericiliyinin tələblərinə uyğun baş tutub və quruma indiyə qədər rəsmi müraciət daxil olmayıb: "Hazırda MSK-ya pozuntularla bağlı şikayət daxil olmayıb.
Seçkilər ideal olmasa da, yüksək səviyyədə keçirilib. Qaynar xəttimizə 35-dək müraciət daxil oldu və bunların əksəriyyəti məlumat xarakterli
Bundan başqa, şikayət daxil olmadan belə, gedən prosesləri izləmişlik".
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.