Bələdiyyə seçkilərində partiyaların iştirakı ilə bağlı iş aparmaq lazımdır

27.11.2024

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov hesab edir ki, yanvarın 29-a təyin edilən yeni bələdiyyə seçkilərində partiyaların üzvləri fəal iştirak etməlidirlər. SİA-nın məlumatına görə, MSK-nın bu gün keçirilən iclasında sədr qeyd edib ki, bu istiqamətdə fəal olmaq lazımdır.

"Siyasi partiyaların seçkilərdə iştirakının üzərində dayanıram. Bu gündən o istiqamətdə fəal olmalısınız, partiyaların seçkilərdə iştirakı ilə bağlı iş aparmaq lazımdır", - o bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью