Bələdiyyə seçkilərinə neçə nəfərin namizədliyi irəli sürülüb?

09.12.2024

GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanda 2025-ci il yanvarın 29-na təyin edilən bələdiyyə seçkilərinə namizədliyi irəli sürülən şəxslərin sayı açıqlanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında məlumat verib.

Onun sözlərinə görə, bələdiyyə seçkilərinə 1531 nəfərin namizədliyi irəli sürülüb:

“Bu rəqəmin artacağı istisna edilmir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью