Bələdiyyə seçkilərinə xaricdən müşahidəçi dəvət edilməyəcək RƏSMİ

02.12.2024

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bələdiyyə seçkilərinə xaricdən heç bir müşahidəçi dəvət etməyəcəyik.

Modern.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında məlumat verib.

Onun sözlərinə görə, əgər MSK-ya bu barədə özləri müraciət etsələr, bu barədə qərar qəbul olunacaq:

"Təbii ki, kim bizə müraciət ünvanlayacaqsa, qəbul edəcəyik. Amma biz özümüz xaricdən müşahidəçi dəvət etməyəcəyik. Çünki bələdiyyə seçkiləri daxili məsələdir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью