Bələdiyyə seçkisində iştirak edəcək partiyaların adları açıqlandı

21.12.2024

Icma.az bildirir, Yeniavaz portalına istinadən.


Mərkəzi Seçki Komissiyası (MSK) 10 siyasi partiyanın bələdiyyə seçkisindəki səlahiyyətli nümayəndələrini qeydə alıb.
Yeniavaz.com
 xəbər verir ki, bununla bağlı MSK-nın bugünkü iclasında qərar qəbul edilib.
MSK katibi Arifə Muxtarovanın təqdimatına əsasən Respublikaçı Alternativ (REAL), Ağ, Gələcək Azərbaycan, Ədalət, Vəhdət, Haqq Ədalət, Azərbaycan Demokrat, Azad Vətən, Müasir Müsavat və Yeni Zaman partiyalarının yanvarın 29-na təyin edilən bələdiyyə seçkisində səlahiyyətli nümayəndələri qeydə alınıblar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью