Bələdiyyə seçkisinə görə hərbi hissələrdə, istintaq təcridxanalarında seçki məntəqələri yaradılır

06.12.2024

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Gələn həftə Azərbaycanda bələdiyyə seçkisi ilə əlaqədar hərbi hissələrdə, istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində seçki məntəqələrinin yaradılması başa çatdırılacaq.

"Report" xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) təsdiq etdiyi "Azərbaycan Respublikasında bələdiyyə seçkisinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı"nda öz əksini tapıb.

Qeyd edilib ki, seçki məntəqələrinin bilavasitə seçkidən əvvəl ümumi qaydada yaradılması dairə seçki komissiyaları (seçicinin olduğu ərazilərdə müvafiq icra hakimiyyəti orqanı (Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi) və bələdiyyə qurumlarının başçıları ilə birlikdə) tərəfindən həyata keçirilir.

Seçki Məcəlləsinə əsasən, bu, səsvermə gününə azı 50 gün qalanadək başa çatdırılmalıdır.

Təqvim planında bu müddət 2024-cü il dekabrın 10-dək nəzərdə tutulub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью