Bələdiyyə seçkisinin yekunları 2025ci il fevralın 26dək elan ediləcək Xəbər saytı Son xəbərlər və Hadisələr

27.11.2024

Icma.az bildirir, Baku.ws portalına istinadən.

Bələdiyyə seçkisinin yekunları 2025-ci il fevralın 26-dək elan ediləcək.

"Report" xəbər verir ki, bu, "Azərbaycan Respublikasında bələdiyyə seçkisinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı"nında öz əksini tapıb.

Təqvim planına əsasən, dairə seçki komissiyaları tərəfindən səsvermənin yekunlarına dair protokolların MSK-ya təqdim edilməsi səsvermə günündən sonra ən geci 2 gün müddətində başa çatdırılmalıdır.

Seçkinin yekunlarının yoxlanılması və təsdiqi səsvermə günündən başlayaraq, ən geci 20 gün müddətində - fevralın 18-dək başa çatdırılacaq.

Plana görə, seçkinin yekunlarının elan edilməsi isə seçki günündən başlayaraq, ən geci 25 gün müddətində - yəni fevralın 26-dək başa çatdırılacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью