Bələdiyyə sədri CHP dən istefa verdi

07.04.2025

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Türkiyədə Şehitkamil bələdiyyə başçısı Umut Yılmaz Cümhuriyyət Xalq Partiyasından (CHP) istefa verib.

Globalinfo.az xəbər verir ki, bu barədə məlumat Türkiyə mediasında yer alıb.

Umut Yılmaz İstanbul Böyükşəhər Bələdiyyəsi başçısı Əkrəm İmamoğlunun həbs edildiyi 19 mart tarixindən bəri partiyası ilə bağlı heç bir paylaşım etməmiş, həbs edilən bələdiyyə başçıları ilə bağlı isə səssiz qalmışdı.

Bir neçə həftədir partiyası ilə fikir ayrılığı yaşayan Yılmazın adı AKP ilə əlaqələndirilirdi. Umut Yılmazın bundan sonra müstəqil qalacağı və ya AKP-yə keçib-keçməyəcəyi yaxın günlərdə aydın olacaq.

Aysel Əliyeva
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью