Bələdiyyə sədri küçədə siqaret çəkən qadının görüntülərini sosial şəbəkədə paylaşdı

09.01.2025

Sonxeber.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bələdiyyə sədri küçədə siqaret çəkən qadının görüntülərini sosial şəbəkədə paylaşdı

Bolunun Bələdiyyə sədri Tanju Özcan bir qadının siqaret çəkərək kötüyünü yerə atdığı anları sosial media hesabında paylaşıb.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, onun paylaşımı sosial mediada müzakirələrə səbəb olub.

Vətəndaşın etdiyi səhvi üzə çıxaran Özcan: "Xahiş edirəm belə şeylər etməyin. Demişdik ki, ciddiyik, heç kəsə güzəştə getməyəcəyik. Bax, cəzanı aldın. Qaydalara əməl etməlisiniz", - deyə bildirib.

Özcanın addımını sosial şəbəkədə dəstəkləyənlərlə yanaşı, qınayanlar da az olmayıb.


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью