Bələdiyyə sədrindən gözlənilməz addım FOTO

13.07.2025

Metbuat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Masallı rayonunun Kolatan bələdiyyəsinin sədri Rauf Cəbiyev qeyri-adi addımı ilə diqqət çəkib.

Metbuat.az Unikal.az-a istinadən xəbər verir ki, Sığdaş kəndində Şəhidlər bulaq kompleksinə suyun çəkilişindən sonra bir qrup şəxs yolun çirkləndirildiyini əsas gətirərək, narazılıqlarını ifadə ediblər.

Bələdiyyə sədri söz-söhbətə son qoymaq məqsədilə ilə özü şəxsən yolu süpürüb təmizləmək qərarına gəlib.

"Hamı işsizlikdən şikayətlənir, lakin iş təklif edəndə heç kim işləmək istəmir. Məhz bu səbəbdən özüm işləməli oluram", - deyə Rauf Cəbiyev bildirib.

Qeyd edək ki, bundan əvvəl də bələdiyyə sədri apardığı təmizlik işləri ilə gündəmə gəlib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью