Bələdiyyə sədrinin müavini qandallandı

15.04.2025

Icma.az, Mia.az portalına istinadən məlumat yayır.

Türkiyədə CHP-li bələdiyyə sədr və müavinlərinin "ov"u davam edir.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu gün İstanbulun Beykoz rayon bələdiyyə sədrinin müavini Fidan Gül də həbs olunub.

Məlumata görə, o, bələdiyyənin keçirdiyi tenderdə saxtakarlıq ittihamı ilə saxlanılıb: "Gülün evində və bələdiyyədəki ofisində axtarış aparılıb., lazımı sənədlər götülüb".

Firudin Səfərli
MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью