Bələdiyyə torpağına dair müsabiqə ləğv edildi

04.12.2024

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin dekabrın 19-na təyin etdiyi bələdiyyə torpağına dair müsabiqə ləğv edilib.

Qurumdan Axar.az-a verilən məlumata görə, bununla bağlı qərarı noyabrın 27-də Göygöl Rayon Məhkəməsi qəbul edib. 16 (066)-34/2024 nömrəli qərardada əsasən Göygöl rayonu Üçtəpə bələdiyyəsinin mülkiyyətində olan 1 200 kv.m torpaq sahəsinin mülkiyyətə verilməsi məqsədilə keçiriləcək müsabiqə dayandırılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью