Baku.ws portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İmişli rayonunun Xəlfəli bələdiyyəsinin mülkiyyətində olan 1,3 ha, 2 ha, 8 ha və 12 ha torpaq sahələrinin icarəyə verilməsi məqsədilə iyunun 25-də keçiriləcək hərrac dayandırılıb.
BAKU.WS bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, bu qərar İmişli Regional Ədliyyə İdarəsinin məktubuna əsasən qəbul olunub.