Bələdiyyələr gələn il də büdcədən vəsait alacaq

18.10.2025

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Gələn ilin büdcə layihəsində bələdiyyələrə ayrılacaq vəsaitin həcmi açıqlanıb.

Oxu.Az Milli Məclisə təqdim olunan 2026-cı ilin büdcə layihəsinə istinadən xəbər verir ki, bələdiyyələrə veriləcək dotasiya məbləği 7 milyon 500 min manat, subvensiya isə 1 milyon 550 min manat nəzərdə tutulub.

Cari ilin dövlət büdcəsində də bələdiyyələrə eyni məbləğlərdə dotasiya və subvensiya ayrılmışdı.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью