Bələdiyyələr qrant ala biləcək

29.11.2024

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

Bələdiyyələr qrant ala biləcək.

Bu məsələ parlamentin noyabrın 29-da keçirilən iclasının gündəliyinə daxil edilmiş “Qrant haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb.

Sənəd bələdiyyələrin maliyyə resurslarına çıxışının artırılması məqsədilə onlara qrant verilməsinin hüquqi əsaslarının yaradılması və tənzimlənməsi məqsədilə hazırlanıb.

Müzakirələrdən sonra qanun layihəsi üçüncü oxunuşda təsdiq edilib.(azərtac)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью