Bələdiyyələr qrant ala biləcəklər

29.11.2024

Icma.az bildirir, Ayna portalına istinadən.

“Qrant haqqında” qanuna dəyişiklik edilib

Azərbaycanda bələdiyyələr qrant ala biləcək. AYNA xəbər verir ki, bu, Milli Məclisin iclasında müzakirəyə çıxarılan “Qrant haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihə sənəd bələdiyyələrin maliyyə resurslarına çıxışının artırılması məqsədilə onlara qrant verilməsinin hüquqi əsaslarının yaradılması və tənzimlənməsi məqsədilə hazırlanıb.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью