Bələdiyyələrə xidmət haqları nağdsız qaydada KÖÇÜRÜLƏCƏK

10.12.2024

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Bələdiyyələrə ödənilən xidmət haqları və digər yığımlar üzrə hesablaşmalar nağdsız qaydada həyata keçiriləcək.

Redaktor.az  xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Nağdsız hesablaşmalar haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qeyd edək ki, hazırda bələdiyyə vergiləri nağdsız qaydada köçürülür.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью