Bələdiyyələrə xidmət haqları nağdsız qaydada köçürüləcək

10.12.2024

Icma.az, Xalqcebhesi portalına istinadən məlumatı açıqlayır.

Bələdiyyələrə ödənilən xidmət haqları və digər yığımlar üzrə hesablaşmalar nağdsız qaydada həyata keçiriləcək.

APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Nağdsız hesablaşmalar haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qeyd edək ki, hazırda bələdiyyə vergiləri nağdsız qaydada köçürülür.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью