Bələdiyyələri dövlət büdcəsindən 12 milyon manat alıb

27.05.2025

Icma.az, Yenisabah portalına istinadən məlumat verir.

2024-cü ildə Azərbaycanda dövlət büdcəsindən yerli özünüidarəetmə orqanlarına – bələdiyyələrə ümumilikdə 12 milyon manat ayrılıb.

Yenisabah.az report-a istinadla xəbər verir ki, bu barədə "2024-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə istinadən xəbər verir.

Bunun 6,4 milyon manatı gəlir və xərcləri tənzimləmək üçün dotasiya, 4,3 milyon manatı su təchizatı qurğularının istismarı və onlara xidmətlə bağlı subsidiya, 1,3 milyon manatı isə subvensiya olub.

Ayrılmış subvensiya bir sıra bələdiyyələrin ərazisindəki ziyarətgahlara gedən yolların bərpası və yenidən qurulması, ictimai–iaşə obyektinin tikintisi, keçi heyvandarlıq təsərrüfatının yaradılması və fermanın tikintisi, idman sağlamlıq mərkəzinin tikintisi, ödənişli əsaslarla fəaliyyət göstərəcək uşaq bağçasının tikintisini maliyyələşdirilib.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью