Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Bələdiyyələrin topladığı vergilərlə bağlı qanunvericilikdə dəyişiklik edilməlidir".
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bugünkü iclasında çıxışı zamanı deyib.
Deputat bildirib ki, bələdiyyələrin məsuliyyətlərinin artırılması əhalinin problemlərinin həlli baxımından vacibdir. Onun sözlərinə görə, xüsusilə qanunsuz tikililərin və evlərin qeydiyyatı məsələsinə diqqət yetirilməlidir:
“Övladlar qeydiyyatda deyil və onlar bələdiyyəyə ildə bir dəfə əmlak vergisi verməlidir. Nəticə etibarilə 300-500 min evdən bu gün bələdiyyələr vergi yığa bilmir”, – S.Novruzov deyib.
Deputat qeyd edib ki, bu məsələnin Vergi Məcəlləsində və digər qanunvericilik aktlarında nəzərə alınmasına ehtiyac var.
Zeynəb Rzayeva