Bələdiyyələrlə bağlı bu məsələyə baxıla bilər Arzuxan Əlizadə

16.05.2025

Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

“Yerli özünüidarəetmə orqanları olan bələdiyyələrin funksiyalarının bir qədər artırılmasına, statuslarının bir qədər yüksəldilməsinə ehtiyac var və gələcəkdə bu məsələyə baxıla bilər”.
Bunu Demokrat.az-a açıqlamasında AMİP sədri, deputat Arzuxan Əlizadə deyib. O bildirib ki, bələdiyyə sisteminin ləğvi mümkün olmayan məsələdir, çünki Azərbaycanda bələdiyyələr konstitusion əsasla yaradılmış təsisatdır:
“Bələdiyyələrin ləğvi müzakirə mövzusu olmamalıdır. Bütün dünyada qəbul edilmiş təsisatlardır, yerli özünüidarəetmə orqanlarıdır. Xüsusən Türkiyədə bələdiyyələrin böyük rola malik olduğunu, əhəmiyyətli funksiyalar yerinə yetirdiyini görürük. Biz çox istərdik ki, Azərbaycanda da bələdiyyələr daha aktiv olsunlar, proseslərdə fəal iştirak etsinlər, problemlərin həllində rol alsınlar. Buna görə də bələdiyyələrin gücləndirilməsi, problemlərin həllində rol oynamaq imkanlarına malik olması istiqamətində addımlar atılmalıdır”.
Cavidan Mirzəzadə
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью