Bələdiyyələrlə bağlı bu qanunlara DƏYİŞİKLİK EDİLDİ

02.12.2024

Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bələdiyyə iclaslarının keçirilməsinə dair yeni prosedur müəyyənləşib.
Bizim.Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” qanunlara təklif edilən dəyişikliklə mümkün olub.
Dəyişikliyə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tətbiq edilməsi və bələdiyyə iclasının iclas zalında bilavasitə iştirak etməklə keçirilməsini mümkünsüz edən digər hallarla əlaqədar bələdiyyə iclasları həmin dövr üçün videokonfrans əlaqə sistemi vasitəsilə keçirilə bilər.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью