Bələdiyyələrlə bağlı yenilik

10.12.2024

Icma.az, Teleqraf.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bələdiyyə büdcəsinin gəlirləri və xərcləri bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın informasiya sistemində əks olunacaq.

Teleqraf.com xəbər verir ki, bununla bağlı Milli Məclisin plenar iclasında “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” qanuna təklif edilən dəyişiklik müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, bələdiyyə büdcəsinin xərcləri həmin informasiya sistemi vasitəsilə həyata keçirilir və müvafiq ödənişlər ödəniş xidməti təchizatçıları vasitəsilə təmin ediləcək.

Layihə səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью