Bələdiyyənin mühasibi iş otağında ölü tapıldı

02.11.2026

Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Göygöldə bələdiyyənin mühasibinin meyiti iş otağından tapılıb.

Axar.az-ın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Çaykənd kəndində qeydə alınıb.

Belə ki, kənd bələdiyyəsinin mühasibi, 1961-ci il təvəllüdlü S. Orucovun meyiti onun iş otağında aşkarlanıb.

Dərhal hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.

İlkin məlumata görə S. Orucov ürək tutmasından dünyasını dəyişib.

Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью