Bələdiyyəyə nə qədər vergi ödəməliyik? AÇIQLAMA | Icma.az
News24 portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Son zamanlar bələdiyyələrin aktivləşməsi, bələdiyyə vergilərinin toplanması ilə bağlı tədbirlərin genişləndirilməsi müşahidə edilir.
Ancaq əhali arasında bu istiqamətdə məlumatlılığın təmin edilməməsi səbəbindən onlarda xeyli suallar yaranıb.Bələdiyyələr əmlak və torpaq vergisini necə hesablayırlar, vətəndaşlar vergiləri vaxtında ödəmədikdə bələdiyyələr hansı addımları ata bilərlər?News24.az milli.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı vergi mütəxəssisi, sərbəst auditor Altay Cəfərov əmlak vergisinin hesablanması və ödənilməsi qaydalarına aydınlıq gətirib.A.Cəfərov bildirib ki, vergi Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, yerli vergilər, yəni bələdiyyə vergiləri aşağıdakılardır:" - Vergi Məcəlləsinin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi;- Məcəllənin 198.1-ci maddəsində nəzərdə tutulmuş halda, fiziki şəxslərin əmlak vergisi;- Bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi.Əmlak vergisinin hesablanması Vergi Məcəlləsinin 198 və 200-cü maddələri ilə tənzimlənir.
Eləcə də hesablama zamanı Bakı şəhərindəki əmlaklar üçün istifadə edilən zonalar üzrə əmsallar Nazirlər Kabinetinin 2015-ci il 6 aprel tarixli 101 nömrəli Qərarına uyğun müəyyən olunur.Vergi Məcəlləsinin 198.1-ci maddəsinə əsasən, fiziki şəxslər binalara, su və hava nəqliyyatı vasitələrinə görə əmlak vergisini aşağıdakı qaydada və dərəcələrlə ödəyirlər:- onların xüsusi mülkiyyətində olan binaların sahəsinin (yaşayış sahələrinə münasibətdə - binaların 30 kvadratmetrdən artıq olan hissəsinin) hər kvadratmetrinə görə aşağıdakı cədvəldə göstərilən dərəcələr tətbiq edilir (bina Bakı şəhərində yerləşdikdə, həmin dərəcələrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi 0,7-dən aşağı və 1,5-dən yuxarı olmayan əmsallar tətbiq edilməklə)".
A.Cəfərov bildirib ki, vətəndaşlara Bakı şəhərində bələdiyyələr tərəfindən əmlak vergisi hesablanan zaman zonalar üzrə əlavə əmsallar tətbiq edilir: "Həmin əmsallar Nazirlər Kabinetinin 2015-ci il 6 aprel tarixli 101 nömrəli "Azərbaycan Respublikası Vergi Məcəlləsinin 198.1.1-ci maddəsində nəzərdə tutulmuş fiziki şəxslərin əmlak vergisi məqsədləri üçün Bakı şəhərində yerləşən binalara tətbiq edilən əmsallar"ın təsdiq edilməsi barədə" Qərarı ilə müəyyən olunub və Bakı şəhəri 12 zonaya bölünüb.
Paytaxtda 0,7-1,5 hədlərində əmsallar tətbiq edilir. Ən yüksən zona birinci, ən aşağı isə 12-ci zonadır".Həmin Qərarın 1-ci bəndinə əsasən,
Həmin əmlaka görə bələdiyyəyə ödənilməli verginin məbləği belə hesablanacaq:200 - 30 = 170 kv.metr;170 x 0,4 = 68 manat;68 x 1,5 = 102 manat
Bəs qeyri-yaşayış sahələrinə görə əmlak vergisi necə hesablanır?
Tam oxu
Xəbəri oxu