Bələdiyyəyə seçilən ən yaşlı qadın namizəd deputatdan gileyləndi | Icma.az
Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Xəbər verdiyimiz kimi, yanvarın 29-da Azərbaycanda mövcud olan 685 bələdiyyəyə seçkilər keçirilib.
685 bələdiyyəyə 8071 üzv seçilməli idi və bu bələdiyyələr Azərbaycanda mövcud olan 125 dairənin 118-nin ərazisini əhatə edib.
Seçkilərdə iştirak edən ən yaşlı qadın namizəd Fatma Hüseynova olub.
Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 68 saylı Sabirabad-Şirvan seçki dairəsində Qaaratəpə bələdiyyəsi üzrə namizədliyi irəli sürülüb.
O, bələddiyyə üzrə ən çox səs toplayan namizəd olub. Modern.az sosialist əmək qəhrəmanı, sabiq deputat Fatma Hüseynova ilə həmsöhbət olub.
O bildirib ki, bələdiyyə sistemi yaranandan bu sistemdə çalışır: “Xalqın məni istədiyini seçkilərdə bir daha gördüm.
Seçicilərim hamısı deyirdi ki, digər namizədlərə baxmadan Fatma xanıma səs verdik.
Tam oxu
Xəbəri oxu